15 C
Baku
Tuesday, April 30, 2024

Nazirlik bir ayda xaricə satılan elektrik enerjisinin həcmin açıqladı

2021-ci ilin iyun ayında elektrik enerjisinin istehsalı 2.278,0 mlrd. kVt·st, ixracı 99,01 mln. kVt·st, idxalı 12,1 mln. kVt·st olub.

Banker.az Energetika Nazirliyindən əldə etdiyi məlumata əsasən xəbər verir ki, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə iyun ayında respublika üzrə elektrik enerjisinin istehsalı 122,8 mln. kVt·st, ixrac 0,4 mln. kVt·st, idxal isə 2,9 mln. kVt·st artıb.

Cari  ilin yanvar-iyun aylarında isə respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 254,2 mln.kVt·st artaraq 13.206 mlrd. kVt·st olub.

Bu dövrdə elektrik enerjisinin ixracı 669,0 mln. kVt·st olmaqla, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 48,2 mln. kVt·st, idxalı isə 88,9 mln. kVt·st olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 17,4 mln. kVt·st artıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər