23 C
Baku
Saturday, April 27, 2024

Bağlanan bankın daşınmaz əmlakı 1.6 mln. manata hərraca çıxarılıb

“Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun balansında olan daşınmaz əmlak açıq hərraca çıxarılıb.

Banker.az-ın xəbərinə görə, Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 87 nömrəli 4 mərtəbəli binanın 1-ci mərtəbəsində və 1 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 259.7 kv.m qeyri-yaşayış sahəsi satışa çıxarılacaq. Daşınmaz əmlakın ilkin satış qiyməti 1 560 000 manatdır.

Açıqlamada, əmlakın 21 iyun 2021-ci il tarixində keçirilən hərracı baş tutmadığından 22 iyul 2021-ci il tarixində saat 11:00-da təkrar hərracı keçiriləcəyi qeyd edilir.

Bildirilir ki, satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməli və əmlakın alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına köçürülməlidir.

Qeyd edək ki, ADIF Azərbaycanda bağlanan bankların aktivlərini hərraca çıxarmaq səlahiyyətindədir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər