7 C
Baku
Thursday, December 12, 2024

“Visa” 963 mln. dollara “Currencycloud” fintex-startapını alıb

Qlobal ödəniş sistemi “Visa” keçən həftənin sonunda banklara və maliyyə şirkətlərinə beynəlxalq ödəmələr üçün həll yolları təqdim edən “Currencycloud” fintex-startapını alıb.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Müqavilənin dəyəri 963 milyon dollar olaraq qiymətləndirilib. Əvvəllər “Visa” xidmətinin maliyyələşdirilməsində iştirak edib.

“Currencycloud” banklara və müxtəlif maliyyə xidmətlərinə beynəlxalq pul əməliyyatları aparmaq, o cümlədən mutivalyuta cüzdanlarını və virtual hesabları idarə etmək imkanını verən API-interfeys dəstidir. Hazırda startap 180-dən çox ölkədə 500-ə yaxın müştəriyə xidmət göstərir.

“Visa”nın startapla əməkdaşlığının məqsədi beynəlxalq təşkilatlarla pul əməliyyatları sahəsində ödəmə sisteminin imkanlarını genişləndirmək və maliyyə qurumlarına və tərəfdaşlarına daha yaxı xidmət göstərmək, habelə müştərilərə yeni texnologiyalar və xidmətlər təqdim etməkdir.

“Currencycloud” texnologiyasının müştərilərə (həm fərdi, həm də korporativ) köçürmələrə daha çox nəzarət etməsini təmin edərək, sistem vasitəsilə beynəlxalq ödənişlərin şəffaflığını artıracağı planlaşdırılır.

“Visa” ilə əməkdaşlıq xaricində startap müstəqil platforma kimi fəaliyyət göstərməyə davam edəcək və əvvəlki kimi müştəri bazasına xidmət göstərəcək. “Currencycloud” Londonda yerləşən qərargahdan fəaliyyət göstərməyə davam edəcək, startapın komanda tərkibi dəyişməz qalacaq.

Son xəbərlər
Digər xəbərlər