Şirkət: “Resurs Treydinq”
Bu şirkət dizel yanacağı və neft məhsulları bazarında bir çox şirkətlərin əzəli rəqibidir.
Bununla yanaşı şirkət nəhəng hərracların heç birində böyük uğur əldə etməsə də, tenderlərdə bir çox nəhəng şirkətlərlər mübarizədə qalib gəlmişdir. “Resurs Treydinqin” yeganə sahibi “Trast Kapital”dır və pritet hesabda Rauf İskəndər oğlu və Rahim İskəndər oğlu Xəlilovlara məxsusdur.
Xəlilov qardaşları ISR holdinqinin vitse-prezidentləridirlər. Onların Azərbaycan, Rusiya, Türkiyə və İsveçrədə ofis və filialları fəaliyyət göstərir. Holdinq neft məhsullarının ticarəti və daşınması, yod istehsalı, avtomobil ticarəti, həmçinin developper və mehmanxana biznesi ilə məşğul olur.
Holdinqin yaradıcısı və prezidenti Xəlilov qardaşlarının atası İskəndər Ağasəlim oğlu Xəlilovdur. O da öz növbəsində “Lukoil” şirkətində prezident müşaviri və “Slavneft” şirkətində vitse-prezident vəzifəsində çalışmışdır.