12 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycan gümüşün bahalaşmasına görə hər kq-da $193 əlavə gəlir əldə edib

Azərbaycan 2021-ci ilin ilk beş ayı ərzində xaricə satdığı gümüş metalından gəlirini 2 dəfə artırıb.

Banker.az xəbər verir ki, 2021-ci ilin yanvar-may aralığında Azərbaycandan xaricə 1 383.33 kq həcmində gümüş ixrac edib. Bunun da ixrac dəyəri 1.06 mln. ABŞ dolları təşkil etmişdir.

İxrac olunmuş gümüşün hər kiloqramı xaricə 2021-ci ildə orta ölçüdə 767.02 dollara satılıb. Bu da öncəki ildən 192.62 dollar (34%) baha satılıb.

İxrac miqdar baxımdan illikmüqayisədə 48% artdığı halda dəyər baxımdan 99% artıb.

İxrac olunmuş gümüşün 1 213.33 kq (1 mln. dollar) İsveçrəyə və 170 kq (57.8 min dollar) Türkiyəyə ixrac edilib.

 

Son xəbərlər
Digər xəbərlər