6 C
Baku
Sunday, December 15, 2024

Mustafa Şentop Türkiyə, Pakistan və Azərbaycan əməkdaşlığının məqsədini açıqlayıb

“Bir millət, iki dövlət” şüarı ilə möhkəmlənən Türkiyə-Azərbaycan qardaşlığı hər zaman var olacaq”.

Bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bildirib.

Azərbaycan, Pakistan, Türkiyə parlament rəhbərləri ilk iclasının Bakıda keçiriləcəyini bildirən M.Şentop qeyd edib ki, bu barədə qərar İslamabadda qəbul olunub. O deyib ki, əvvəllər xarici işlər nazirləri səviyyəsində üçtərəfli platforma var idi: “İndi bu platforma parlamentlər səviyyəsində yaradılır. Gələcəkdə isə dövlət rəhbərləri səviyyəsində üç ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edəcək beynəlxalq platforma, mexanizm yaranacaq. Ümid edirik ki, bu gün bu istiqamətdə önəmli addım atılacaq”.

TBMM-in sədri bildirib ki, Türkiyə, Pakistan, Azərbaycan arasında xüsusi birlik, dostluq, qardaşlıq mövcuddur: “İkinci Qarabağ müharibəsində Türkiyə təmənnasız olaraq Azərbaycanın yanında yer aldı, öz siyasi və mənəvi dəstəyini verdi. Pakistan da Azərbaycana açıq dəstəyini ifadə edən ölkədir. Bu baxımdan dövlətlərimizin xüsusi bir birliyi, dostluğu var. Biz bunun platforma halına gəlməsini istəyirik”.

 

Son xəbərlər
Digər xəbərlər