19 C
Baku
Sunday, October 13, 2024

Mərkəzi Bank bankları cəzalandıracaq

Azərbaycanın bir sıra kommersiya banklarının mübadilə məntəqələri valyutaların alış-satış məzənnələrinin təyin edilməsi prosesində Mərkəzi Bankın marja üzrə tələblərini pozmuşlar.
Verilən məlumata görə, Bakı şəhərində bir çox valyuta mübadilə məntəqələrində dollar əhalidən 0,85-0,90 AZN/USD məzənnəsi ilə alınır. Lakin Mərkəzi Bank qaydalarına əsasən, icazə verilən marja +/-2% həcmindədir. Daha doğrusu, valyutanın alış-satış məzənnəsi rəsmi məzənnədən maksimum 2% yuxarı və yaxud aşağı ola bilər. Valyuta məntəqələri isə icazə verilən marjanı 7-10 dəfə keçmiş və alışı rəsmi məzənnədən 14-19% aşağı həyata keçirirlər.
Mərkəzi Bankdan verilən məlumata görə, bankların pozduqları tələblə bağlı lazımi tədbirlər görüləcək.
Qeyd edək ki, bu səhər Mugan Bankın bir neçə valyuta mübadilə məntəqələri və filialları dolları əhalidən 0,85 AZN/USD məzənnəsi ilə almış və bunu baş ofisin rəsmi göstərişi ilə etdiklərini bildirmişlər.
Paytaxtın bir sıra mübadilə məntəqələrində alış, bəzi hallarda isə valyuta satışı da dayandırılmışdır.

Son xəbərlər
Digər xəbərlər