Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov meşə yanğınları zamanı həlak olanlarla bağlı Türkiyəyə başsağlığı verib.
XİN başçısı bu barədə özünün feysbukdakı hesabında yazıb.
“Qardaş Türkiyədə meşə yanğınlarının davam etməsi, Antalyada 3 nəfərin həyatını itirməsi bizi çox sarsıtdı. Yanğın nəticəsində dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirik. Bu çətin günlərdə qardaş Türkiyənin yanındayıq, hər cür dəstək göstərməyə hazırıq”, – deyə Ceyhun Bayramov qeyd edib.