Münasibətlər haqqında
- Kiməsə aşiq olmaq özünü aldatmaqdan başlayır və başqasını aldatmaqla yekunlaşır.
- Dostluğun gülüş ilə başlanası pis deyil, lakin gülüş ilə yekunlaşması daha yaxşıdır.
- Eqoizm istədiyin kimi yaşamaq demək deyil, başqalarını sənin istədiyin kimi yaşamaqlarını tələb etməkdir.
- Kişi və qadın arasında dostluq mümkün deyil. Onlar arasında ehtiras, düşmənlik, məftunluq, sevgi mümkündür, lakin dostluq heç cürə.
Qocalıq haqqında
- Qocalığın faciəsi insanın qocalmasında deyil, onun ruhunun cavan qalmasındadır.
- Cavanlığı geri qaytarmaq üçün onun bütün dəliliklərini təkrar etmək kifayətdir.
Özü haqqında
- Mən heç nə haqqında danışmağı sevirəm. Bu mənim bildiyim yeganə mövzudur.
- Mən insanların mənim arxamca nə dediklərini bilmək istəmirəm. Bu mənim qürurumu çox oxşayır.
- Mən yaxşı gələcəyi olan kişiləri və yaxşı keçmişi olan qadınları sevirəm.
- Sənin özünün geyindiklərin dəblidir. Başqalarının geyindikləri isə dəbsiz.
- Biz hamımız bataqlıqdayıq, lakin bəzilərimiz ulduzlara baxırıq.
- Tamahdan qurtulmağın yeganə yolu ona təslim olmaqdır.