“Azərbaycan Beynəlxalq bankı” şəriət qanunlarına müvafiq olaraq 150 milyon dollar həcmində kredit cəlb etmişdir.
Verilən məlumatlara görə, bu məbləğin 20 milyon dollarını Küveytin “Warba Bank” bankı, qalan məbləği isə JP Morgan, Citigroup, Barwa Bank, Al Hilal Bank, Noor Bank və Dubai Islamic Bank ayırmışdır.
Warba Bank-ın icraçı direktorunun müavini Şahin al-Qanem bildirmişdir: “Sözügedən bu tranzaksiya bankın yeni regional və beynəlxalq bazarlarda genişlənməsini əks etdirir və müştərilərimizə şəriət qanunlarına əsaslanan maliyyələşmə təqdim edir”.
Comments are closed.