10 C
Baku
Tuesday, November 26, 2024

ASB Bankın depozit portfelində dollarizasiya artıb

Azərbaycan Sənaye Bankının (ASB Bank) depozit portfelində manatın payı azalmaqdadır.

Banker.az xəbər verir ki, bu barədə ASB Bankın yarımillik maliyyə hesabatında deyilir.

Hesabata görə, 615.06 milyon manatlıq müştərilərdən cəlb etdiyi depozitlərin (illik müqayisədə 6.1% azalıb) 254.23 mln. manat ekvivalenti ABŞ dollarındadır. Bu da portfeldə 41.33% paya sahib olması deməkdir. Öncəki ilin eyni dövründə ABŞ dollarının payı 39% idi.

Portfelin milli valyutada 106.93 mln. manatı olmaqla payı 17.3% (öncəki ildə: 21.8%), avroda 61.11 mln. manat ekvivalentində olmaqla 9.9% (12.7%) və digər valyutada 192.79 mln. manat ekvivalentində olmaqla 31.3% (26.5%) təşkil etmişdir.

Son xəbərlər
Digər xəbərlər