“Türk Hava Yolları” (THY) şirkəti ölkənin Muğla və Antalya bölgələri başda olmaqla yanğın olan ərazilərə səfər etmiş sərnişinlərə müraciət edib.
Müraciətdə deyilir ki, həmin ərazilərə səfər edən yaxud həmin regiondan başqa ərazilərə səfər edən sərnişinlərə biletlərini başqa vaxta dəyişdirmək imkanı yaradılıb.
29-30 iyul tarixi üçün alınan biletləri avqustun 15-nə qədər olan müddətə yeniləmək olar.
THY-nin Bakı nümayəndəliyinin rəhbəri Seyfullah İlyas “Report”a açıqlamasında bildirib ki, bu qərar Azərbaycandan olan sərnişinlərə də aiddir.