“Baş Prokurorun təqdimatına əsasən, Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilə bilər “.
Bunu açıqlamasında Milli Məclisin İntizam komissiyasının sədr müavini Fəzail Ağamalı bildirib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi Milli Məclisin deputatı Eldəniz Səlimovun polisi döyərək xəsarət yetirməsi faktı ilə bağlı araşdırma aparıldığı barədə məlumat yayıb. Hadisə iyulun 29-da gecə 12-dən sonra Xaçmaz rayonunun Nabran qəsəbəsi ərazisində, MM-in deputatı Eldəniz Səlimovun qohumuna məxsus iaşə obyektində baş verib. Eldəniz Səlimov karantin qaydalarına uyğun olaraq obyektin bağlanmasını tələb edən polis əməkdaşlarına etiraz edərək münaqişə yaradıb. Bu fakt üzrə toplanmış materiallar araşdırılması üçün Baş Prokurorluğun İstintaq İdarəsinə göndərilib.