21 C
Baku
Friday, October 11, 2024

Əsas poladəritmə müəssisəsinin ixrac gəlirləri açıqlandı

Bu ilin yanvar-iyun aylarında  “Baku Steel Company” MMC 22.4 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 83.6% çoxdur.

Banker.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nda məlumat verilib.

Belə ki, keçən ilin müvafiq dövründə şirkət 12.2 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Qeyd edək ki, “Baku Steel Company” Azərbaycanın metallurgiya sənayesinin inkişafında əsas rolu olan poladəritmə müəssisəsidir. Zavodda müxtəlif markalı polad pəstahlar, armaturlar istehsal edilir. Həmçinin, istehsal edilən məhsullar sırasına şveller, künclük, ikitavr və katanka daxildir. Şirkət Rusiya, Gürcüstan və digər ölkələrə məhsullarını ixrac edir.

Son xəbərlər
Digər xəbərlər