Azərbaycanda sığorta haqlarının 79%-ni 5 şirkət hesablayıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda toplanılmış 452 milyon 366 min manat sığorta haqqının 358 milyon 58 min manatı və yaxud 79.2%-i 5 sığorta şirkətinin payına düşüb.

Azərbaycan Mərkəzi Bankının statistikasına görə, həmin şirkətlər “PAŞA Həyat Sığorta” (159 milyon 565 min manat), “PAŞA Sığorta” (105 milyon 766 min manat) ASC-lər, Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”, 44 milyon 709 min manat), eləcə də “Qala Sığorta” (24 milyon 310 min manat) və “Atəşgah Həyat Sığorta” (23 milyon 708 min manat) ASC-lərdir.

Ən az yığım edən şirkətlər isə “Aqrar Sığorta” (1 milyon 874 min manat), “Naxçıvansığorta” (1 milyon 26 min manat), “Meqa Həyat Sığorta” (236 min manat) sığorta şirkətləridir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər