“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC “Vest LTD” QSC ilə 6 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Bakı şəhəri ərazisində dövlət mənzil fonduna aid binaların dam örtüyünün təmirinin satınalınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 5 995 300 manatdır.