22 milyon manatlıq “Azərtütün”ün dövlətə vergi borcu var – Məbləğ

“Azərtütün Aqrar Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.

Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.

Məlumata əsasən, “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC-nin vergi borcu 8 376 manatdır.

Xatırladaq ki, “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC, tərkibindən “ASK Tütün” MMC ayrıldığından yenidən təşkil olunduğunu elan edib.

Nəticədə “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC-nin nizamnamə kapitalı 359 min 962 manat azalaraq 22 milyon 257 min 298 Azərbaycan manatından 21 milyon 897 min 336  Azərbaycan manatına düşüb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər