Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) monitorinqlər zamanı 6 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar edib.
Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Səbail rayonu, Puşkin 5 ünvanında yerləşən, fiziki şəxs Xəlilov Fikrət Rza oğluna məxsus “Anadolu” restoranı;
2. Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev 67 ünvanında yerləşən, fiziki şəxs İbrahimli Azad Elçin oğluna məxsus “Publo” kafesi;
3. Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov 1 ünvanında yerləşən, fiziki şəxs İsmiyev Sərxan Musənnif oğluna məxsus kafe;
4. Bakı şəhəri, Yasamal rayonu, Sultanov küçəsində yerləşən, hüquqi şəxs “Reges Restaurants” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Reges Restaurants” kafesi;
5. Bakı şəhəri, Xətai rayonu, Gəncə pr. 34 ünvanında yerləşən, fiziki şəxs Axundova Sevinc Elçin qızına məxsus kafe;
6. İsmayıllı rayonu, Yenikənd kəndində yerləşən, fiziki şəxs İslamov Elburus Məzahir oğluna məxsus kafe.