10 C
Baku
Thursday, December 12, 2024

Gürcüstan Milli Bankı uçot dərəcəsini 10 %-ə çatdırıb

Gürcüstanın Milli Bankı uçot dərəcəsini daha 0,5 faiz bəndi artıraraq 10 %-ə çatdırıb.

Bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, son zamanlar yüksək inflyasiya qlobal problemə çevrilib və iyulda bir çox ölkələrdə qiymət artımı proqnozları üstələyib. Ötən ay Gürcüstanda da illik inflyasiya gözlənilmədən ən yüksək həddə – 11,9 %-ə yüksəlib.

“Gürcüstan Milli Bankı inflyasiyanın 2022-ci ildə azalacağını və tədricən orta müddətli 3 %-lik hədəf göstəricisinə yaxınlaşacağını proqnozlaşdırır. İqtisadiyyatda və maliyyə bazarlarındakı proseslər davamlı olaraq izlənilir və qiymət sabitliyini təmin etmək üçün bütün mümkün vasitələrdən istifadə ediləcək”, – deyə qurum bəyan edib

MənbəReport
Son xəbərlər
Digər xəbərlər