“WhatsApp” messenceri yoxa çıxan foto və videomesaj göndərməyə imkan verən yeni funksiya təqdim edib.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Bildirildiyi kimi, onlara yalnız bir dəfə baxmaq mümkün olacaq.
Yoxa çıxan mesajlar xüsusi nişanla işarələnəcək. Mesaja baxdıqdan sonra foto və ya videonun yanında “açıqdır” yazısı görünəcək. Bu cür fayllar qalereyada qalmayacaq və onların göndərilməsi mümkün olmayacaq. Onlar göndərildikdən sonra 14 gün ərzində əlçatan olacaq, sonra isə avtomatik silinəcək.
“WhatsApp” bu funksiyanın istifadəçilərə təhlükəsizliyi daha yaxşı idarə etməyə kömək edəcəyini, məsələn, parol və ya digər məxfi məlumatlarla birgə şəkil göndərməyə imkan verəcəyini bildirib.
Şirkət bir həftənin əvvəlki yazışmalarla bağlı xatirənizi yeniləyə biləcəyiniz ən yaxşı vaxt olduğunu hesab edir. Məsələn, mağazanın ünvanına və ya almalı olduğunuz ərzaqların siyahısına baxmaq üçün.