Çin hökuməti koronavirus infeksiyasının yayılmasını dayandırmaq üçün vətəndaşların ölkə daxilində hərəkətini ciddi şəkildə məhdudlaşdırıb.
Bu barədə Banker.az xarici KİV-ə istinadən xəbər verir.
Bildirildiyi kimi, ümumilikdə Çinin 31 əyalətinin vətəndaşları yoluxma riskinin orta və ya yüksək olduğu bölgələrdə yaşayış yerini tərk etməməlidir.
Qeyd edək ki, dünən Çində 71 nəfər koronavirusa yoluxub. Bu, yanvar ayından bu yana ən yüksək göstəricidir. Son bir həftə ərzində Pekin və Uhan şəhərlərində 500-dən çox yoluxma faktı qeydə alınıb.