9 C
Baku
Thursday, December 12, 2024

Yeni televiziya kanalı üçün heç bir iddiaçıya lisenziya verilmədi

Milli Televiziya və Radio Şurasının 2021-ci il iyunun 7-dən iyulun 7-dək ixtisaslaşmış (təhsil və elmi-maarifləndirici) ümumrespublika televiziya kanalının açılması ilə bağlı 6 iddiaçıya lisenziya verilməyib.

Banker.az xəbər verir ki, bu barədə  MTRŞ-dan bildirilib.

Məlumata görə, MTRŞ-nın  ixtisaslaşmış (təhsil və elmi-maarifləndirici) ümumrespublika televiziya kanalının açılması ilə bağlı elan etdiyi müsabiqə üçün 6 iddiaçı (“APA Mark” MMC, “Təhsil TV” MMC, “Balans Studiyası” MMC, “İNS ÇM” MMC, “İsti Press” MMC və “Medical Media” MMC) sənədlərini təqdim edib.

Müəyyən edilib ki, bəzi iddiaçıların təqdim etdiyi sənədlərdə göstərilmiş texniki və yaradıcılıq imkanları, bəzi iddiaçılarda isə ümumilkə televziya yayımının təşkil olunması üçün texniki-iqtisadi göstəricilər qənaətbəxş deyil. telev

Milli Televiziya və Radio Şurası qeyd olunanları nəzərə alaraq, müsabiqənin yekunlarına görə qalib seçilmədiyi üçün iddiaçılara xüsusi razılıq (lisenziya) verilməsindən imtina olunması barədə qərar qəbul edib.

Son xəbərlər
Digər xəbərlər