2021-ci ilin 6 ayında aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 3.9% artaraq 640.401, ƏDV ödəyicilərinin sayı 8.9% artaraq 31.738, qeydiyyatdan keçmiş obyektlərin sayı isə 5.8% artaraq 176.794 təşkil edib.
Banker.az xəbər verir ki, bu barədə İqtisadiyyat Naziri Mikayıl Cabbarov məlumat verib.
Nazir həmçinin bildirib ki, Ölkəmizdə iqtisadi aktivliyin bərpası sahibkarlıq subyektlərinin artımı ilə müşayiət olunur.