1 C
Baku
Saturday, December 14, 2024

Bloomberg: COVID-19-un “delta” ştamına qarşı yeni peyvəndlərə ehtiyac ola bilər

Koronavirusun “delta” ştamına qarşı mübarizə aparmaq üçün yeni peyvəndlərə ehtiyac yarana bilər.

Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ingilis alimlərinə istinadən “Bloomberg” agentliyi məlumat yayıb.

Onların sözlərinə görə, bazarda mövcud olan peyvəndlərin “delta”ya qarşı effektivliyi cəmi 49% təşkil edir.

Bununla əlaqədar olaraq, alimlər belə göstəricilərin COVID-19-un “delta” ştamına qarşı ayrı bir dərmanın hazırlanmasına haqq qazandırdığını bildiriblər, çünki virusun mutasiyası mövcud vaksinlərin səmərəsiz olmasını təmin edir. Araşdırmada 98 minə yaxın insan iştirak edib.

Xatırladaq ki, “delta” (SARS-CoV-2) ilk dəfə Hindistanda aşkar edilib və yoluxma riskinin yüksək olması ilə fərqlənir.

Son xəbərlər
Digər xəbərlər