Azərbaycanda iri, orta və kiçik sahibkarlıq subyektlərinin pərakəndə ticarət dövriyyəsində POS-terminallarla ödənişlərin həcmi kəskin artıb.
Banker.az xəbər verir ki, 2021-ci ilin birinci yarısında pərakəndə ticarətdə POS-terminallarla ödənişin həcmi 629.74 mln. manat olmuşdur. Bu isə illik müqayisədə 70% artım deməkdir.
POS-terminallarla ödənişlərin 336.51 mln. manatı 2021-ci ilin ikinci rübü (aprel-iyun) ərzində baş verib.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının həmin hesabat müddətinə görə ümumilikdə ölkədəki POS-terminallarla 1 764 mln. manat ödəniş edildiyini açıqlayıb.
Azərbaycanda 2021-ci ilin birinci yarısında 4 921 mln. manat pərakəndə ticarət dövriyyəsi olub, bunun da 1 365 mln. manatı ərzaq malları, içkilər və tütün məmulatları üzrə olub.