10 C
Baku
Wednesday, December 11, 2024

Prezident və R.T. Ərdoğan Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər

Avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Söhbət zamanı Prezident İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində Ermənistan tərəfindən törədilən təxribatlar barədə Prezident Rəcəb Tayyib Ərdoğana məlumat verdi və Azərbaycan Ordusunun Ermənistanın bu kimi təxribatlarına layiqli cavab verdiyini vurğuladı.

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olduğunu bildirdi.

Dövlət başçıları söhbət əsnasında postmünaqişə dövründə gedən regional proseslər barədə geniş fikir mübadiləsi apardılar.

Son xəbərlər
Digər xəbərlər