“Bank Olmayan Kredit Təşkilatı Embafinans” QSC Azərbaycanda ödəniş sistemini məhkəməyə verib.
Banker.az xəbər verir ki, “Embafinans”, Bakı Kommersiya Məhkəməsinə “EasyPay” MMC barəsində müraciət edib.
İddiaçı tərəf olan BOKT-un müraciətinin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrdir.
“EasyPay” 2012-ci ildə yaradılıb və 2019-cu ildə müflis elan edilib. Həmin tarixdən bəri bir çox maliyyə təşkilatları bu şirkətə qarşı iddia qaldırıblar.
Xatırladaq ki, “EmbaFinans” 10 milyon manat səhm kapitalına sahibdir. Səhmlərinin 51%-i Elşad Abbasova, 35%-i Məşhur Məmmədova (Milli Məclisin deputatı), 14%-i isə Tamara Polyakovaya məxsusdur.