“Unibank KB” ASC dollarda olan müddətli depozitin faiz dərəcəsini artırıb.
Banker.az bildirir ki, kommersiya bankı faiz dərəcəsini 1 faizdən 1.5 faizə qədər artırmışdır.
Qeyd edək ki, bu depozit manatda illik 9.5%, avroda isə 0.1% ilə təklif edilir. 500 manat/dollar/avro ilə ilkin məbləğ qəbul edilir, 36 ayadək qəbulu mümkündür.