10 C
Baku
Thursday, November 14, 2024

“Renault” və “Geely” birgə hibrid avtomobillər istehsal edəcək

“Renault” və “Geely” markaları Çində hibrid avtomobillər istehsal etməyə başlayacaq.

Banker.az bu barədə xarici KİV-ə əsasən xəbər verir.

Verilən məlumata görə, birgə müəssisə “Geely” zavodlarından birinin əsasında yaradılacaq. Əməkdaşlıq müqaviləsi avqustun 9-da imzalanacaq.

Bildirildiyi kimi, “Renault” bütün diqqətini brendinq, satışlar və marketinq, “Geely” isə texnologiyalar və istehsal gücü üzərində cəmləşdirəcək.

Tərəfdaşlar Cənubi Koreyada da əməkdaşlıq etməyi planlaşdırırlar. Zavod “Lynk & Co” markası altında istehsal ediləcək.

Hibrid avtomobillər özündə həm daxili yanma mühərrikli, həm də elektrikli avtomobillərin xüsusiyyətlərini birləşdirir: elektromobilin yüksək səmərəliliyi (89-90%) və uzun məsafə gedişi.

Son xəbərlər
Digər xəbərlər