“Harley-Davidson” şirkətinin “Serial 1” markası yeni elektrikli “Mosh/Chopper” velosipedini təqdim edib.
Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.
O, bənzərsiz elektrikli velosipedlərin bir hissəsi olaraq buraxılacaq – onlar yalnız bir nüsxədə əlçatan olacaq.
Yəni elektrikli velosiped yalnız bir nəfərə çatacaq. Şirkət onu hərraca çıxarıb. 9 avqustda təklif 6700 dollardan başlayıb, hərraclar 10 avqustda sona çatır.
Elektrikli velosipedin fərdi xüsusiyyətlərindən biri 1960-cı illə üslubundan hazırlanmış daha uzun və alçaq oturacaqdır.
Model 250 Vt gücündə mühərrik, hidravlik tormozlar və faralarla təchiz edilib. Xatırladaq ki, “Harley-Davidson” ilk elektrikli velosipedlərini 2020-ci ilin oktyabrında təqdim edib.