9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanın daha 8 müəssisəsi Rusiyaya alma ixrac edəcək

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycanın daha 8 müəssisəsinə ölkəyə alma ixrac etməyə icazə verib.

Bu barədə qurumun açıqlamasında bildirilir.

Həmin müəssisələr Bakının Nizami rayonunda yerləşən “EL FRUITS” MMC, Nəsimi rayonunda yerləşən “NİAB” MMC, Nərimanov rayonunda yerləşən “GF Company” MMC, Qusar rayonunda yerləşən “Agroline”, “M-AGROFRESH” və “ECO FRUİTS” MMC-lər, eləcə də paytaxtda fəaliyyət göstərən fiziki şəxs – Mail Kişiyev və Şəmkir rayonunda fəaliyyət göstərən fiziki şəxs Musbat Həsənovdur.

 

MənbəReport
Son xəbərlər
Digər xəbərlər