Vergi borcu olan şirkət MİDA-nın 4 milyon manatlıq tenderini uddu

“MİDA” Məhdud Məsuliyyətli Cəmiyyət “Chinar İnshaat” MMC ilə 4 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 18,81 ha ərazidə 62 nömrəli 2 mərtəbəli 240 yerlik uşaq bağçasının tikintisi nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 3 698 862 manatdır.

Qeyd edək ki, “Chinar İnshaat” MMC 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Novruz Vəliyevdir, vergi borcu 69 219 manat təşkil edir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər