Azərbaycana idxal edilən buğdada Rusiyanın payı azalıb

Azərbaycan 2021-ci ildə Rusiyanın buğda idxalındakı payını azaldıb.

Banker.az xəbər verir ki, 2021-ci ilin birinci yarısında Azərbaycan xaricdən 385.68 min ton həcmində yumşaq buğda meslini idxal edib. Bu isə 2020-ci ildəki rəqəmdən 36.57 min ton, yaxud 10.5% artmışdır. Kod üzrə dördüncü ən çox idxal olunan bu məhsulun buğdanın dəyəri isə $97.56 mln. olmuşdur.

2021-ci ilin yanvar-iyun ayındakı göstəricilər bunu deməyə əsas verir ki, cari ilin ilk yarısında ixrac olunan buğdanın hər tonuna 50 avro əlavə gömrük rüsumu tətbiq etməsi və məlum “pomidor qadağası” ölkəmizin Rusiya ilə idxal siyasətində dəyişmələr var. Məsələn, Azərbaycan Rusiyadan 2021-ci ilin bu müddətində 372.74 min ton ($94.32 mln.) həcmində yumşaq buğda idxal edib. Bu da ümumi idxalın payının 96.64%-nin Rusiyaya aid olması deməkdir. 2020-ci ildə bu göstərici 98.92% idi.

Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti – “Rosselxoznadzor” dekabrın 10-dan etibarən Azərbaycandan idxal etdikləri pomidor və almada zərərvericilər aşkar edildiyini səbəb gətirərək idxala qadağa qoymuşdular. Sonradan isə bir neçə şirkətin məhsulları üzərində olan qadağaları yumşaltmışdılar.

Buğdanın qalan 12.94 min tonu ($3.24 mln.) Qazaxıstandan idxal edilib.

Ölkəmizə Rusiyadan idxal olunan buğdanın hər kiloqramı Azərbaycana 25.3 sentə başa gəlib, bu 2020-ci ildə 21.7 sent idi. BU o deməkdir ki, hər tonunda Azərbaycan 36 dollar əlavə xərc çəkib. Yəni 16.5% bahalaşdırıb.

Son xəbərlər
Digər xəbərlər