10 C
Baku
Thursday, March 12, 2026

Gürcüstanda bəzi qaydalar yenidən sərtləşdirilir

Gürcüstanda pandemiya ilə əlaqədar bəzi qaydalar yenidən sərtləşdirilir. Ölkədə festivallar, əyləncə tədbirləri, konsert və idman yarışları, eləcə də uşaq əyləncə mərkəzlərinin fəaliyyəti məhdudlaşdırılır.

Gürcüstan Dövlət Qurumlararası Koordinasiya Şurası bu barədə qərar qəbul edib.

Qərara əsasən, restoran və kafelər əvvəlki kimi 24:00-dək deyil, saat 23:00-dək işləyə biləcək.

Koordinasiya Şurası dövlət qurumlarına əməkdaşlara mümkün qədər distant vəziyyətdə fəaliyyət göstərmələri barədə tapşırıq verib. Bu tövsiyə özəl sektor üzrə işəgötürənlərə də aiddir.

Qeyd edək ki, yeni məhdudiyyətlər ölkədə son günlərdə pisləşən epidemioloji vəziyyətlə əlaqədardır.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər