Azərbaycan 2021-ci ilin birinci yarısında 1 748.2 kiloqram həcmində qızıl filizi hasil edib.
Bu barədə Banker.az rəsmi göstəricilərə istinadla xəbər verir.
Qızıl hasilatının həcmi 2020-i ilin eyni dövrü ilə (1711.7 kq) müqayisədə 2.1 % artım deməkdir.
Bununla belə 2 438.6 kq həcmində digər qiymətli metallar istehsal etmişdir.
Qeyd edək ki, Azərbaycan xaricə 2021-ci ilin birinci yarısında 3 174.51 kq həcmində qızıl istehsal edilib. Bu da 107.91 mln. dollar ixrac həcmidir. Dövlət Statistika Komitəsinin göstəricilərində deyilir. 2020-ci ildə bu göstərici 2 147.85 kq olmaqla 85.75 mln. dollarlıq valyutanı əhatə edirdi. Öncəki ildə hər kiloqramını 39 923 dollara ixrac edirdisə, bu il bu rəqəm 33 993 dollara düşüb.






