®2020-ci ilin may ayında fiziki şəxs olan istehlakçıların pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınan mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilən ƏDV-nin geri qaytarılmasına başlanılıb. Qaydalara görə, qaytarılan ƏDV nağdsız ödənişlərin tərkibindəki ƏDV-nin 15%-ni, nağd ödənişlərdə isə 10%-ni təşkil edir. Layihənin əsas məqsədi həm vergilər sistemində şəffaflığın artırılması, həmçinin nağdsız ödənişlərin stimullaşdırılmasıdır.
Bu layihənin təqdim edilməsindən 1 il yarım vaxt keçməsinə baxmayaraq artıq əhaliyə 100 milyon manat vəsait geri qaytarılıb. Geri qaytarılan məbləğin 60 milyondan artığı ölkənin ən məşhur mobil tətbiqi olan BirBank, 40 milyon manatı isə https://edvgerial.kapitalbank.az/ portalı vasitəsilə geri qaytarılıb.
Məlumat üçün bildirək ki, əhaliyə təqdim edilən bu layihənin ilk maliyyə tərəfdaşı Kapital Bank və BirBank mobil tətbiqi oldu. İstifadənin daha rahat olması üçün BirBank mobil tətbiqinin “Bonuslar” hissəsində “ƏDV geri al” bölməsi yaradıldı. Bununla da BirBank mobil tətbiqinin QR xidmətindən istifadə edərək, çekin üzərində olan kodu skan edib, onu daha tez və rahat şəkildə portala əlavə etmək mümkün oldu.
Bundan başqa virtual “pul qabı”na yerləşdirilən vəsaiti BirBank mobil tətbiqi vasitəsilə ölkədaxili bank kartlarına köçürmək və nağdsız ödənişlər zamanı istifadə etmək mümkündür. Bu xidmətindən yararlanmaq üçün həm portal, həm də BirBank eyni mobil nömrə ilə qeydiyyatdan keçirilməlidir.
Qeyd edək ki, istehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində https://edvgerial.kapitalbank.az/ portalına və ya BirBank mobil tətbiqinə müraciət etməlidir. Çekin 12 simvollu fiskal İD-sini elektron kabineti və ya BirBank-ın QR-skan xidməti vasitəsilə sistemə daxil etməlidirlər.