19 C
Baku
Saturday, November 8, 2025

Azərbaycandan fındıq ixracı azalıb

2021-ci ilin ilk 7 ayında Azərbaycandan 42 milyon 286 min dollar dəyərində 7 min 98 ton fındıq ixrac edilib.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, fındıq ixracı 2020-ci ilin ilk 7 ayı ilə müqayisədə dəyər ifadəsilə 27%, miqdar ifadəsilə 25% azalıb.

2020-ci ilin ilk 7 ayında Azərbaycandan 57 milyon 877 min dollar dəyərində 9 min 398 ton fındıq ixrac edilmişdi.

Son xəbərlər
Digər xəbərlər