“ASUS” yeni nəsil oyun smartfonlarını təqdim edib – Foto

“ASUS” şirkəti yeni nəsil “ROG Phone 5s” və “ROG Phone 5s Pro” smartfonlarını təqdim edib.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Onlar 2021-ci ilin yazında təqdim olunan “ROG Phone 5” modelinin varisləri hesab olunur. Qeyd edək ki, yeni smartfonların satışlarının başlayacağı tarix və qiyməti açıqlanmır.

6b2bd647ad31c2d862195eb2512b00dacdcd3be61553bbdfc23df19ca71f6a7b

Hər iki cihaz “Snapdragon 888+” prosessoru, 6.78 düymlük “Super AMOLED” displey, 6000 mAh tutumlu sürətli şarj batareyası və “HDR10+” texnologiyası ilə təchiz edilib.

Bildirildiyi kimi, “ROG Phone 5s” bazara 8, 12 və ya 16 GB operativ, o cümlədən 128, 256 və 512 GB daxili yaddaş versiyalarında çıxacaq. “ROG Phone 5s Pro” modeli yalnız bir seçimdə mövcud olacaq – 18 GB operativ və 512 GB daxili yaddaş .

0a0864a392e0c5132672d1779420281f4021de5e4f707e446b7c6fa0f04a39ee

Smartfonlar 24 MP ön kamera və 13+5 MP arxa kamera alıb. Hər iki smartfon “Android 11” əməliyyat sistemi üzərində işləyir. Modellər qulaqlıq üçün 3.5 mm port və xarici USB daşıyıcılar dəstəkləyir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər