Əfqanıstanın BMT-dəki daimi nümayəndəsi “Taliban” hökumətini tanımamağa çağırıb

Əfqanıstanın BMT-dəki daimi nümayəndəsi Qulam İshakzai “Taliban” hökumətini tanımamağa çağırıb.

Bu barədə TASS xəbər verir.

Q.İshakzai bildirib ki, o, Əfqanıstanın BMT yanında daimi nümayəndəsi fəaliyyətini davam etdirir.

Daimi nümayəndə əlavə edib ki, Kabil xalqı artıq mütləq qorxu mühitində yaşayır.

İshakzai həmçinin BMT-dən “Taliban”ı beynəlxalq humanitar hüquqa hörmət etməyə çağırmasını xahiş edib.

 

Son xəbərlər
Digər xəbərlər