ABŞ, Türkiyə, Ukrayna prezidentləri BMT Baş Assambleyasında çıxış edəcəklər

Bir sıra ölkələrin prezidentləri BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxış etməyi planlaşdırırlar.

Bu barədə TASS Assambleyanın proqramına istinadən məlumat yayıb.

Məlumata görə, Braziliya, Venesuela, Qırğızıstan, Livan, Moldova, Fələstin, Polşa, ABŞ, Türkiyə, Ukrayna, Fransa və Estoniya rəhbərləri BMT-nin ənənəvi toplantısında çıxış edəcəklər.

Bundan başqa Böyük Britaniyanın, Haitinin, Gürcüstanın, İsrailin, İtaliyanın, Kanadanın, Pakistanın və Yaponiyanın hökumət başçılarının beynəlxalq təşkilatda çıxışları gözlənilir.

Baş Assambleyanın yüksək səviyyəli həftəsi sentyabrın 21-də başlayacaq.

Son xəbərlər
Digər xəbərlər