6 C
Baku
Sunday, December 15, 2024

Çin internetdə rəqabət qaydalarını təqdim edib

Çinin antiinhisar tənzimləyicisi internetdə haqsız rəqabətin qarşısını almaq üçün yeni qaydalar layihəsini dərc edib.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Bildirildiyi kimi, sənəd həmçinin istifadəçi məlumatlarının istifadəsini məhdudlaşdırır. Xüsusilə, trafikə müdaxilə etməyi və qanunsuz məlumat toplamaq üçün digər texniki vasitələrin istifadəsini qadağan edir.

“İnternet-provayderlər “internetdə haqsız rəqabət alətlərindən istifadə etməməlidir, bazar rəqabətinin qaydalarını pozmamalıdır, ədalətli razılaşmalara təsir göstərməməlidir”, – tənzimləyici qeyd edib.

Şirkətlər digər qanuni məhsul və xidmətlərə maneə yaratmaq üçün texnologiyalardan istifadə edə, o cümlədən bu sahədə olan pozuntuları araşdıra bilməyəcək.

Xatırladaq ki, Çin tənzimləyicisi daha əvvəl də müxtəlif məhdudiyyətlər və yerli texnologiya şirkətlərini inhisarlığa görə cəzalandırmaq üçün cərimələr tətbiq edib. Aprel ayında elektron ticarət nəhəngi “Alibaba Group” rekord 2.8 milyard dollar cərimələnib.

Onun ardınca hökumət dünyanın ən böyük onlayn oyun distribyutorlarından biri olan “Tencent”ə təzyiq göstərməyə başlayıb. Cəmi bir ayda şirkət bazar dəyərinin 170 milyard dollarını itirib.

Ekspertlər tənzimləyicinin İT şirkətlərinə göstərdiyi təzyiqin hələ indi başladığını və bundan sonra uzun müddət davam edəcəyini hesab edirlər. Çox güman ki, əsas məqsəd özəl təhsil, səhiyyə və mənzil sektorunu təkmilləşdirməkdir.

Son xəbərlər
Digər xəbərlər