10 C
Baku
Thursday, December 12, 2024

Bazar canlanır: Azərbaycanda “qızıl alveri” kəskin böyüdü

Azərbaycanda 2021-ci ilin birinci rübündə 12.06 mln. manatlıq, ikinci rübündə isə 12.25 mln. manatlıq zərərlik məmulatları satılıb.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Beləliklə ilin ilk yarısı ərzində 24.3 mln. manatlıq zərgərlik məmulatları pərakəndə olaraq ticarət olunub. Bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 82% artım deməkdir.

2020-ci ilin birinci rübündə 10.43 mln., ikinci rübü ərzində isə  2.87 mln. manatlıq zərgərlik məmulatları pərakəndə ticarət olunub ki, bu da birinci yarıda 13.3 mln. manatlıq dövriyyə deməkdir.

Qeyd edək ki, 2020-ci ilin birinci rübündən sonra ölkədə COVID-19 virusuna görə qapanmalar olmuşdu. Göründüyü kimi həmin müddətsən sonra dövriyyə kəskin düşmüşdü.

 

Son xəbərlər
Digər xəbərlər