Cari ilin avqust ayının startından USD/TRY (dollar/lirə) kursu 11 avqusta 8.69 səviyyəsinə qədər yüksəlmişdir. Məzənnənin yüksəlişində həm Türkiyə Mərkəzi Bankına faiz endirimi məsələsində olan təzyiqlər, həm dı dolların qlobal miqyasda bahalaşması səbəb olmuşdu.
ABŞ -da məşğulluğun son bir ayda gözləntiləri aşmasına baxmayaraq, qiymət indeksi və TÜFE -də (Türkiyə qiymət indeksi) yavaşlama siqnalı verildiyi üçün bazarlar Federal Ehtiyatlar Sisteminin proqnozunu daha çox qiymət verməyə başlayıblar. Dollar enişlə bərabər olaraq əmtəə və səhmlərdə artım müşahidə edildi.
Türkiyə daxilində Mərkəzi Bank faizlərin endirilməsi tələbinin əksi olaraq beşinci ayda da uçot faiz dərəcəsini 19% səviyyəsində sabit saxladı və inflyasiya üzərində də bu siyasətini davam etdirəcəyində israrlı görünür. Mərkəzi Bankın qərarı mili valyuta lirənin məzənnəsinin möhkəmlənməsi effektini verdi. 17 avqust tarixinə USD/TRY məzənnəsi 8.40 səviyyəsinə düşüb.
Qeyd edək ki, avqustun 3-də USD/TRY məzənnəsi 8.3541 səviyyəsində start götürmüşdü.