17 avqust 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0106026880 ISIN-li, 10 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 12 investor tərəfindən qiymət intervalı 98.4040 AZN (7.1%) və 102.0398 AZN (5.75%) olan 23 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 101.9299 AZN (5.7899%), orta ölçülmüş qiyməti 101.9357 (5.7878%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 64,626,800 manat yerləşdirilmiş həcmi isə 15,000,000 manat təşkil edilmişdir. 3 avqust 2021-ci il tarixində keçirlən hərracda 1092 günlük istiqrazların hərrac zamanı 17 investor tərəfindən qiymət intervalı 95.6048 AZN (8.6%) və 101.4499 AZN (7.15%) olan 27 sifariş təqdim edilmişdir.
İstiqrazların ödəmə tarixi 13 avqust 2024-cü il.
Hərrac iştirakçıları 18 avqust 2021-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd edə ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.