6 C
Baku
Saturday, December 14, 2024

DSK: 2021-ci ildə adambaşına aylıq nominal gəlir 461 manatdır

Azərbaycanda adambaşına düşən nominal gəlirlərin həcmi 2021-ci ilik ilk 7 ayı üçün 3 228.4 manat olub.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadla xəbər verir.

Bu da adambaşına düşən nominal gəlirlərin həcminin illik 0.2% artımı deməkdir.

Bu da hər ay üzrə ortalama adambaşına düşən 461.2 manat nominal gəlirdir.

Əhalinin nominal gəlirləri ümumi olaraq 32 milyard 321 milyon mant olmuşdur. İllik müqayisədə 0.6% artım deməkdir.

Qeyd edək ki, 1 iyul 2021-ci il tarixinə Azərbaycanda əhalinin cəmi sayı 10 milyon 139.2 min nəfərdir.

Son xəbərlər
Digər xəbərlər