10 C
Baku
Thursday, December 12, 2024

“Facebook” “Taliban”a qarşı sanksiyalar tətbiq edib

“Facebook” sosial şəbəkəsi “Taliban” hərəkatına qarşı sanksiyalar tətbiq edib.

Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “BBC” məlumat verib. Bildirildiyi kimi, şirkət taliblərin hesablarını blok edəcəyini açıqlayıb.

Qeyd edək ki, “Facebook”da bir sıra dari və puştu dillərində danışan işçilər var. Bu qrup platformaya uyğun olmayan, yəni “Taliban” hərəkatı ilə əlaqəli kontenti izləyəcək, sonra isə siləcək.

“Taliban” ABŞ qanunlarına görə terror təşkilatı hesab olunur və biz sosial şəbəkənin təhlükəsizlik siyasətinə uyğun olaraq onun üzvlərinə xidmətlərimizdən istifadə etməyi qadağan etdik”, – deyə mesajda bildirilib.

Bu siyasət “WhatsApp” və “Instagram” da daxil olmaqla bütün “Facebook” platformalarına şamil ediləcək. Verilən məlumata görə, taliblər danışıqlar üçün “WhatsApp”dan istifadə edirlər. Şirkət messencerdə “Taliban”la əlaqəli hesabların olduğunu öyrəndiyi təqdirdə müvafiq tədbirlər görəcəyini vəd edib.

Son xəbərlər
Digər xəbərlər