10 C
Baku
Wednesday, December 11, 2024

Bayden və Conson Əfqanıstanla bağlı virtual sammit keçirəcəklər

ABŞ prezidenti Co Bayden və Böyük Britaniyanın Baş naziri Boris Conson Əfqanıstanla bağlı virtual “G7” sammiti keçirəcəklər.

Banker.az  bu barədə “Radiosputnik”ə istinadən xəbər verir.

“Bayden və Conson gələn həftə ümumi strategiya və yanaşmanı müzakirə etmək üçün “G7” liderlərinin virtual sammitini keçirməyi qəbul ediblər”, – deyə mesajda bildirilir.

Xatırladaq ki, bazar günü “Taliban” hərəkatı Əfqanıstan ərazisini nəzarət altına götürüb. Bu hadisədən sonra ölkə prezidenti Əşrəf Qani istefa verdiyini açıqlayıb və Əfqanıstandan qaçıb.

Son xəbərlər
Digər xəbərlər