Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Yevlax rayonunda fəaliyyət göstərən, hüquqi şəxs “EMİL-N” istehsalat-kommersiya şirkətinə məxsus pivə istehsalı müəssisəsinə baxış keçirilib.
Banker.az xəbər verir ki, yoxlama zamanı müəssisədə istehsal olunan “Aran” əmtəə nişanlı pasterilizasiya edilmiş “Jiquli” pivəsinin yararlılıq müddətinin əlavə 90 gün artırılaraq satışa çıxarıldığı aşkar olunub.
Aşkar edilmiş faktlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb, “Aran” əmtəə nişanlı pasterilizasiya edilmiş “Jiquli” pivəsi etiketlərinin istifadəsi qadağan olunub, müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib.