2 C
Baku
Saturday, December 14, 2024

Mədət Quliyev: “Prezidentin tapşırıqları artıq 2040-2050-ci illəri əhatə edir”

“Müdafiə Sənayesi Nazirliyi Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən 2005-ci ildə təsis olunub. Bilirsiniz ki, ötən ilin sentyabr ayının 27-də Ermənistan tərəfi yenidən Azərbaycana hücum etdi və müvafiq tapşırığa əsasən müzəffər Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi altında 44 gün sonra parlaq qələbə qazandı. Bu zəfərdə heç şübhəsiz ki, Azərbaycanın günü-gündən inkişaf edən müdafiə sənayesinin də böyük rolu oldu. Hesab edirəm ki, məhz bu mənada Azərbaycan Prezidenti elə həmin zamanlardan 2020-ci illəri görürdü”.

Bunu “IDEF – 2021” beynəlxalq silah sərgisində iştirak etmək üçün İstanbula səfər edən Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyev açıqlamasında bildirib.

Nazir qeyd edib ki, ölkə başçısı mütəmadi olaraq müdafiə sənayesində inkişaf perspektivlərinin genişləndirilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verir.

“Deyə bilərəm ki, burada bir neçə dövlətin müdafiə sənayesi naziri ilə görüşlər keçirirəm, yol xəritəsi cızılır, birgə əməkdaşlıq və tərəfdaşlığın, habelə mübadilə proqramlarının gücləndirilməsi ilə əlaqədar planlar var”, – o, əlavə edib.

M.Quliyev Azərbaycan Prezidentinin indiki dövrdə Müdafiə Sənayesi Nazirliyinə tapşırıqlarının daha geniş planlı olduğunu bildirib:

“Cənab Prezidentin bizə tapşırıqları artıq 2040-2050-ci illəri əhatə edir və bu gün Azərbaycanın müdafiə sənayesindəki məqsədlər artıq yalnız avtomat, pulemyot istehsalından yox, 20-30 il sonra ən müasir texnologiyalarla hazırlanacaq silahlardan ibarətdir” – nazir əlavə edib.

 

MənbəReport
Son xəbərlər
Digər xəbərlər