10 C
Baku
Thursday, December 12, 2024

General yüksək vəzifəyə gətirildi – DSX-də yeni təyinat

Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidmətinin (DSX) iki generalı ehtiyata buraxılıb. Bu gün DSX rəisinin sabiq müavinləri general-leytenant Azad Ələkbərov və general-leytenant İsmayıl Əkbərov Dövlət Sərhəd Xidmətinin döyüş bayrağı ilə vidalaş­ıblar.

Ehtiyata buraxılan rəis müavini, DSX-in Maddi-Texniki Təminat Baş idarəsinin rəisi, general-leytenant İsmayıl Əkbərovun yerinə artıq təyinat olub.

Belə ki, bu posta onun müavini vəzifəsində çalışmış, ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə general-leytenant rütbəsi alan Cavid Abdullayev gətirilib.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər